Əsas Səhifə > Dünya > Moskvaya yumşaq mesajlar göndərir
Moskvaya yumşaq mesajlar göndərir16-10-2024, 16:43 |
Gürcüstan oktyabrın 18-də İstanbulda keçiriləcək “3+3” (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) regional məsləhət platformasının üçüncü iclasında da iştirak etməyəcək. Bu haqda Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib. Gürcüstan Rusiyaya etiraz əlaməti olaraq bu platformanın iclaslarına iştirak etmir. Məntiqlə doğru qərardır, çünki Sənin torpaqlarını işğal edən və diplomatik münasibətlərin olmayan ölkə ilə bir masada necə otura bilərsən? Ancaq başqa məntiq də var. Gürcü oliqarx Bidzinna İvanişvili və onun nəzarət etdiyi Gürcüstan hökuməti son vaxtlar Rusiya ilə münasibətlərin normallaşması yollarını arayır, Moskvaya yumşaq mesajlar göndərir, Tiflis eyni zamanda ABŞ və Avropa ölkələri ilə münasibətləri pisləşdirib. Belədirsə, İvanişvili məntiqlə İstanbuldakı toplantıya maraq göstərməli idi. Fikrimcə, İvanişvili Kremllə dialoqa maraq göstərsə də, hələ ki, bunu açıq-aşkar edə bilmir, əks halda parlament seçkisi öncəsində Gürcüstan cəmiyyətinin dəstəyindən məhrum olar. İvanişvilinin nəzarət etdiyi hakim “Gürcü Arzusu” partiyası 26 oktyabr parlament seçkisində qələbə qazanarsa, bundan sonrakı dönəmdə “3+3” platformasında iştiraka maraq göstərəcək. Elxan Şahinoğlu - dia-az.life Geri qayıt |