Əsas Səhifə > Dünya > 122 "Tomahavk" Rusiya hərbi strukturunu məhv edə bilər
122 "Tomahavk" Rusiya hərbi strukturunu məhv edə bilər18-10-2024, 09:02 |
Rusiya Federasiyasının NATO-ya hücum etmək üçün yalnız bir yolu var. Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert və ehtiyatda olan polkovniki Petr Çernik bildirib. "Yalnız raketlərlə hücum edə bilər. Başqa heç cür! Çünki bizi (Ukraynanı - red.) keçə bilməzlər. Bəs NATO-nun potensialı haqqında nə deyə bilərik? ABŞ ordusunda döyüş növbətçiliyində 7 min "Tomahavk" qanadlı raketi var. Hətta 122 "Tomahavk" rusların bütün hərbi infrastrukturunu məhv etmək üçün kifayət edər. Beləliklə, Rusiya NATO ərazisinə hücum etmək qərarına gəlsə, məğlubiyyətə uğrayacaq", - ekspert deyib. Qeyd edək ki, Almaniya kəşfiyyatı Rusiyanın 2030-cu ildən əvvəl NATO-ya hücum edə biləcəyini bildirib. Geri qayıt |