Əsas Səhifə > Dünya > "Qarabağ məsələsi özünü türk bilən hər kəsin problemidir"
"Qarabağ məsələsi özünü türk bilən hər kəsin problemidir"9-04-2014, 10:24 |
“Qarabağ məsələsi yalnız Azərbaycanın problemi deyil, özünü türk bilən hər kəsin problemidir”. ANS PRESS-in məlumatına görə bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək deyib. Sədr Qarabağ məsələsini hər zaman gündəmdə saxlamağın vacibliyini vurğulayıb. "Biz bu problemi eyni ilə Türkiyənin problemi kimi qəbul edirik və onun dünyaya tandılması üçün lazımı işlər görürük. Dünyanın hər hansı bir yerində kiçicik bir problem baş verir və bu günlərlə dünya gündəmini zəbt edir. Qarabağ məsələsi 20 ili aşıb, 1 milyon insan öz yurd-yuvasından qovulub. İnsan haqqları kobud şəkildə pozulub. Dağlıq Qarabağın müstəqilliyinə qovuşması bütün türk dünyasına bayram bəxş edəcək". Geri qayıt |