Əsas Səhifə > Dünya > Bayden Çinin şirkətlərinə ABŞ-yə sərmayə yatırmaq qadağasını bir il uzadıb

Bayden Çinin şirkətlərinə ABŞ-yə sərmayə yatırmaq qadağasını bir il uzadıb


8-11-2024, 07:59
Bayden Çinin şirkətlərinə ABŞ-yə sərmayə yatırmaq qadağasını bir il uzadıb
ABŞ Prezidenti Cozef Bayden, sələfi Donald Trampın Vaşinqtonun Çin Xalq Qurtuluş Ordusu ilə əlaqəli olduğuna inandığı Çinin bir neçə şirkətinə Amerika investisiyalarının qadağan edilməsi barədə fərmanının müddətini bir il uzadıb.

“Report” xəbər verir ki, bu barədə Amerika liderinin Ağ Evin Mətbuat xidmətinin yaydığı bəyanatında deyilir.

Sənəddə qeyd edilir ki, prezident Pekinin "ABŞ kapitalını öz xeyrinə istifadə edərək Silahlı Qüvvələrini, kəşfiyyatını və digər təhlükəsizlik orqanlarını inkişaf etdirmək və modernləşdirmək üçün vəsait təmin etmək məqsədilə istifadəsinə" inanır ki, bu da ÇXR-in ABŞ ərazilərini və Amerikanın xaricdəki qüvvələrini birbaşa təhdid etməsinə imkan verir.

"ÇXR-in bəzi şirkətlərini maliyyələşdirən qiymətli kağızlara investisiya qoymaq təhlükəsi və Çin müşahidə texnologiyalarının müəyyən tətbiqi, inkişafı ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə və qeyri-adi təhlükə olaraq qalmağa davam edir", - Bayden deyib. "Bu səbəbdən 12 noyabr 2020-ci ildə elan olunmuş, 3 iyun 2021-ci il tarixində genişləndirilmiş fövqəladə vəziyyət 12 noyabr 2024-cü ildən sonra da davam etməlidir. Mən milli fövqəladə vəziyyət rejimini bir il uzadıram", - Amerika lideri deyib.

Geri qayıt