Əsas Səhifə > Dünya > Tramp ABŞ-nı HARA GÖTÜRÜR?
Tramp ABŞ-nı HARA GÖTÜRÜR?Dünən, 18:07 |
![]() ABŞ-ın yeni administrasiyası maliyyə auditini davam etdirir, xərcləri azaldır, dövlət strukturlarında ixtisarlar aparır, üstəgəl əlavə gəlirlər əldə etmək məqsədilə rüsumları artırır. Bu dəfə Prezident Donald Trampın göstərişi ilə ABŞ-ın poçt xidməti ölkəyə daxil olan bağlamaların qəbulunu ciddi nəzarət altına alıb. Bu qərara qədər ABŞ-a 800 dollar dəyərində göndərilən bağlamalar gömrük rüsumlarından azad idi. Bu bağlamalar nəzarət altına alınmır, maneəsiz ABŞ-a daxil olurdu. Bundan sonra ABŞ gömrükçüləri və sərhədçiləri bütün bağlamaları açmaq və yoxlamaq səlahiyyətlərinə malik olacaqlar. “CNN” televiziya kanalının məlumatına görə, yoxlamalar bağlamaların ünvana çatdırılmasını ləngidəcək. Bu qadağalar Çinin elektron kommersiyası ilə məşğul olan şirkıətlərin fəaliyyətinə mənfi təsir edəcək. Buna qədər həmin şirkətlər milyonlarla bağlamaların ABŞ-a çatdırılmasından böyük gəlirlər əldə edirdilər. Donald Trampın ABŞ-da suveren sərvət fondlarının yaradılmasına yol açan fərman imzalaması da diqqət mərkəzindədir. Bu fərmana görə, ABŞ Maliyyə Nazirliyi və Ticarət Departamentinə fondun təsis edilməsi üçün lazımi addımları atmağa imkan verir. Tramp, ABŞ-nin böyük potensiala sahib olduğunu və belə bir fonda ehtiyacı olduğunu vurğulayıb. Tramp “TikTok” platformasının satın alınmasında da bu fondun rol oynaya biləcəyini qeyd edib. ABŞ-da formalaşacaq sərvət fondlar Çinin dövlət investisiya vasitələrinə güclü rəqibinə çevirəcək. Şanxaydakı Fudan Universitetinin Amerika Araşdırmaları Mərkəzinin professoru Xin Qiangın fikrincə, təklif olunan fond formalaşarsa, bu, Çinin suveren investisiya platformasını hədəfə çevirə bilər. Bu arada, ABŞ-ın günəş enerjisi və akkumulyator sistemləri təchizatçısı olan “Enphase Energy” şirkəti Çindəki fəaliyyətini dayandırmaq qərarını verib. Donald Trampın Çinə qarşı başlatdığı ticarət müharibəsi adı çəkilən şirkəti çalışdığı ölkəni tərkinə məcbur edib. Çünki şirkət rəhbərliyinin qənaətinə görə, ABŞ-ın Çinə tətbiq edəcəyi yüksək tariflər şirkətin Çindəki akkumulyator istehsakına da mənfi təsir edəcək. Bu səbəbdən şirkət Çindəki istehsalını qonşu ölkələrdən birinə körürmək barədə qərar verib. Şirkət rəhbərliyi istehsalı konkret hansı ölkəyə köçürəcəklərini açıqlamasalar da, bu elə bir ölkə olmalıdır ki, ABŞ-ın yüksək tariflərinə məruz qalmasın. Elxan Şahinoğlu - "DİA-AZ" Geri qayıt |