Əsas Səhifə > Dünya, Güney Press > Türkiyə müxalifəti 1 May yürüşünün Taksim meydanında keçirilməsində israrlıdır

Türkiyə müxalifəti 1 May yürüşünün Taksim meydanında keçirilməsində israrlıdır


28-04-2014, 11:57
Türkiyə müxalifəti 1 May yürüşünün Taksim meydanında keçirilməsində israrlıdır
Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyası (CHP) 1 May yürüşünün Taksim meydanında keçirilməsində israrlıdır. Bu sözləri partiyadan olan millət vəkili Şafak Pavey bildirib. Trend-in məlumatına görə, bu barədə Türkliyənin "Haber7" telekanalı xəbər verib.

Ş.Paveyin sözlərinə görə, heç şübhəsiz ki, bütün müxalif partiyalar kimi CHP də 1 May yürüşlərinə qatılacaq: "1 May yürüşlərinin Taksim meydanında keçirilməsinin başqa bir mənası var".
O, hesab edir ki, İstanbuldakı Taksim meydanı müxalifətin hakimiyyətə qarşı etirazının simvoluna çevrilib.
Məlumat üçün qeyb edək ki , bur müddət bundan əvvəl ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Taksim meydanında yürüş keçirməyi unutmaq lazımdır.
Ərdoğan həmçinin deyib ki, hökumət 1 May yürüşü zamanı ölkədə vəziyyətin gərginləşməsində maraqlı deyil.
Bir müddət əvvəl Türkiyənin daxili işlər naziri Əfqan Əla jurnalistlərə açıqlamasında bildirib ki, 1 May yürüşləri Taksim meydanında keçirilməyəcək: "Taksim meydanı hər hansı yürüşün keçirilməsi üçün uyğun yer deyil, bu səbəbdən də 1 May yürüşləri Taksimdə deyil, başqa yerlərdə keçirilsin".
Onun sözlərinə görə, kütləvi toplantılar keçirildiyi zaman bir çox şeylər, o cümlədən əhalinin təhlükəsizliyi nəzərə alınmalıdır.
Türkiyənin əsas müxalifəti - Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün verdiyi açıqlamada qadağalara baxmayaraq, partiya tərəfdarlarının mayın 1-də İstanbuldakı Taksim meydanına toplaşacağını bildirib.

Geri qayıt