Əsas Səhifə > Dünya, Güney Press > Yanukoviç hakimiyyətinin aktivləri həbs olunub
Yanukoviç hakimiyyətinin aktivləri həbs olunub5-05-2014, 08:44 |
Əvvəlki Ukrayna hakimiyyətinin aktivləri həbs olunub. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Ali Rada tərəfindən təyin olunmuş Ukrayna prezidenti əvəzi Aleksandr Turçinov bildirib. "Əvvəlki hakimiyyət nümayəndələrinin, o cümlədən biznes strukturlarının bir çox aktivləri həbs edilib. Aktivlər həbs olunub, onları satmaq lazımdır, lakin zavodlar var, harada minlərlə əməkdaş işləyir. İndiki şəraitdə zavodların fəaliyyətini dayandırmaq olmaz",- agentlik Turçinovdan sitat gətirir. Dövlət departamenti aprelin ortalarında bəyan edib ki, ölkədən çıxarılmış aktivlərin axtarışında FTB-nin agentləri yardım göstərəcəklər. O zaman bildirilirdi ki, ABŞ maliyyə, ədliyyə nazirliklərinin, həmçinin FTB ekspertlərinin komandası Ukraynanın müvəqqəti hökumətinə xaricdən pul vəsaitlərini qaytarmaq üçün araşdırma aparmağa və dəlillər yığmağa dair məsləhətlər verəcəklər. Geri qayıt |