Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündürBu gün, 02:36 |
![]() İranın nüvə proqramı üzrə ABŞ ilə İslam Respublikası arasında birbaşa olmayan üç görüş keçirilib. Dördüncü görüş Omanın təşəbbüsü ilə logistika səbəbindən təxirə salınıb. Bu, birbaşa olmayan - danışıq, görüş adlanmasından asılı olmayaraq - müzakirələrin tərəflər qane etdiyindən xəbər verir . Bu görüşlərin davam etdiyi günlərdə ABŞ Maliyyə Nazirliyi İran ballistik raketləri üçün yanacaq komponentlərinin tədarükünə kömək etdiklərinə görə Çinin və İslam Respublikasının bir neçə fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib. Nazirlikdən bildirilib ki, qurumun Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran və Çində altı qurum və altı şəxsə qarşı İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) maraqları naminə ballistik raket yanacağı komponentlərinin əldə olunması şəbəkəsindəki rollarına görə məhdudlaşdırıcı tədbirə məruz qalıblar. Sanksiyalar xüsusilə İranda yerləşən “Saman Tejarat Barman Trading Company” (STB) şirkətinə qarşı tətbiq olunub. Bu şirkət SEPAH-ın maraqları üçün Çində yerləşən və qara siyahıya daxil edilən “Shenzhen Amor Logistics Co Ltd” şirkətindən natrium perxlorat alıb. Məhdudiyyətlər STB ilə əlaqəli altı şəxsə qarşı tətbiq edilib. Sanksiyalar həmçinin STB-ni başqa bir maddə – dioktilebatsinat ilə təmin edən “Dongying Weiaien Chemical Co Ltd” şirkətinə də tətbiq edilib. Həmçinin sanksiya siyahılarına natrium xlorat tədarük edən Çində yerləşən “Yanling Chuanxing Chemical Plant General Partnership” şirkəti və “Yanling Chuanxing Chemical Plant General Partnership” ilə maliyyə və kadr sahəsində əlaqəli olan “China Chlorate Tech Co Limited” və “Yanling Lingfeng Chlorate Co Ltd” şirkətləri də daxil edilib. Bu ilin əvvəlində Qərb mətbuatı xəbər vermişdi ki, İran iqtidarı Çindən raket silahları üçün bərk yanacaq istehsalında lazım olan min ton natrium perxlorat alıb və bu yük iki gəmi ilə İrana göndərilib. Tehran hakimiyyəti rəsmiləri və bəzi təhlilçiləri bunun görüş ərəfəsinə təsadüf etməsinə etiraz edir, danışıqlar prosesinə təsir göstərəcəyini söyləyirlər. Ancaq Tehranla Vaşinqton yalnız İranın nüvə proqramı üzrə müzakirə aparırlar. Ağ Ev sanksiyaların ləğvi və ya yeni məhdudlaşdırıcı tədbirlərin görülməyəcəyinə dair heç bir öhdəlik götürməyib. Sanksiya isə İslam Respublikasının raket istehsalı sahəsini əhatə edir. Ancaq İranın nüvə proqramı üzrə danışıq deyil, görüş, həm də ikitərəfli yox, birbaşa olmayan formatda keçirilir. İran nüvə məsələsini və bu proqramda şəffaflıq gözlənilmədiyinə görə, tətbiq edilən sanksiyaların ləğvini istəyir. Tehran bildirib ki, hərbi sənaye sahəsi, müdafiə məsələləri ilə bağlı müzakirə aparılmır. Habelə danışıqlar getdiyi müddətdə raket istehsalını dayandırmayacağını da bəyan edib. Mayın 4-də İran ən azı 1200 kilometr mənzilə malik “Qasem Basir” adlı ballistik raketi təqdim edib. Ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadə bildirib: “Bu raket çoxsaylı hədəflər arasında konkret hədəfi tapir, bir metr belə yayınmadan və GPS naviqasiya sisteminə güvənmədən vurur”. İranın Yaxın Şərqdəki mövqeyindən, yürütdüyü siyasətdən və nüvə proqramından ən çox ABŞ ilə İsrail narahatdır. İsraildən başqa region ölkələrinin heç biri Tehranın nüvə proqramı ilə təlaş keçirənə oxşamır. Avropa İttifaqı, 2000-ci illərin əvvəllərində olduğu kimi, İranın nüvə proqramının diplomatik yolla həlli tərəfdarı olduqlarını bildirib. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus “Fox Business” telekanalının efirində bildirib ki, ABŞ İranla fikir ayrılıqlarının diplomatik yolla həllində maraqlı olsa da, müxtəlif ssenarilərə hazırdır: “İran kimi bir ölkə ilə məşğul olmaq və razılığa gəlmək üçün çoxlu müxtəlif yollar var”. Bryus əlavə edib ki, hazırkı ABŞ administrasiyası problemləri danışıqlar, sammitlər və müzakirələr yolu ilə həll etməkdə qərarlıdır. ABŞ və İran nümayəndə heyətlərinin dördüncü görüşünün mayın 11-də keçiriləcəyi gözlənilir. Bu, Tehranın nüvə proqramı üzrə məsələlərin danışıqlar yolu ilə həllinə üstünlük verildiyini bir daha təsdiqləyir. HƏMAS-ın, “Hizbullah”ın zəifləməsindən, Suriyada Bəşər Əsəd rejiminin süquta uğramasından sonra İslam Respublikası rəsmiləri onlara, həmçinin Yəməndəki husi qiyamçılara yardım etmədiyini bildirir. Mayın 5-də İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyib ki, Tehranın proksi qüvvələr saxlamağa ehtiyacı yoxdur. Husi qiyamçıları İsrailini Ben Qurion hava limanını raket atəşinə tutandan sonra rəsmi Vaşinqton və Təl-Əviv bu əməliyyatda İranın əli olduğunu bildirmişdi. İran Trampın bu ittihamını rədd edib. Tramp bildirmişdi ki, husilər Qırmızı dənizdəki hücumları dayandırmaza, onlara "heç vaxt görmədikləri cəhənnəmi" yaşadacaqlar. İsrail hökuməti yaranmış vəziyyətdən istifadə edərək, HƏMAS və “Hizbullah”ın mövqelərinə zərbələr endirib. Rəsmi Təl-Əviv bildirib ki, HƏMAS-ın Qəzza zolağındakı fəaliyyətinə tam son qoyacaq. Mayın 6-da Rusiya və İran prezidentləri Valdirmi Putinlə Məsud Pezeşkian arasında telefonda danışığı zamanı da ABŞ ilə nüvə görüşləri müzakirə olunub. Kreml rəhbəri bu istiqamətdə razılaşmanın əldə edilməsi üçün yardım etməyə hazır olduğunu vurğulayıb. İsrail XİN başçısı Gideon Saar isə bildirib ki, İranın nüvə proqramı ən çox ABŞ və İsraili rahatsız edir: “Sanki beynəlxalq ictimaiyyətin başqa təmsilçiləri bunun onlara aidiyyəti olmadığını düşünürlər”. O, İranın nüvə proqramı məsələsini diplomatik yolla həll etməyə hazır olduqlarını bildirib. Nazir İsrailin guya mayda İrana hücum etməyi planlaşdırdığına dair məlumatı təkzib edib. Gideon Saar təhlükəsizlik kabinetinin və bütün qapalı forumların üzvü olduğunu, buna görə də belə bir qərarın qəbul edilmədiyinə əmin olduğunu vurğulayıb: “Biz İranın nüvə silahına sahib olmasına imkan verməmək məqsədinə sadiqdir. Ona diplomatik yolla nail olmaq mümkündürsə, bu üsul qəbul edilir”. Bəzi mənbələr İsrail və İslam Respublikasının nümayəndələri arasında Parisdə görüşün olduğuna dair məlumat yayıb. Bildirilib ki, aprelin 18-də MOSSAD-ın direktoru David Barnia, İsrailin strateji işlər naziri, Baş nazir Netanyahunun ən yaxın müşaviri Ron Dermer Romada Tehran nümayəndələri ilə görüşdən əvvəl Parisdə Stiv Uitkoffla gizli görüş keçiriblər. “Jerusalem Post”un məlumatına görə, aprelin 18-də MOSSAD-ın direktoru İsrail rəsmiləri, ABŞ və İran arasında davam edən danışıqlarda məlum olub ki, İslam Respublikası Barak Obamanın prezidentliyi dövrünün səhvlərinin Donald Trampla əldə ediləcək razılaşmadan sonra da təkrarlayacağından narahatdır. İsrail hərbi rəsmiləri isə hesab edir ki, indi, xüsusən də Tehran rejimi, onun ali rəhbərinin zəiflədiyi, İran hakimiyyətinin iqtisadi, sosial böhranlarla üzləşdiyi, xalqı arasında ictimai etiraz və qəzəbin yüksəldiyi bir zamanda onun nüvə obyektlərini bombalamaq üçün ən yaxşı fürsətdir. Bütün tərəflərin müharibə, hərbi gərginlik yönündə açıqlamalar verməsinə baxmayaraq, mübahisəli məsələlərin danışıqlar yolu ilə həllinə razıdırlar. Hər iki tərəf üçün bir həqiqət də var: müharibə istəyən onu da görəcək. Bundan yayınmaq üçün İranın düşdüyü indiki ağır vəziyyətdə ən yaxşı yol görüşlər, danışıqlar, müzakirələrdir. Çünki şərait İranın başqa yolunun olmadığı ehtimalını da artırır. Belə vəziyyətdə İslam Respublikasına qarşı hərbi əməliyyat onun səfərbər olunmasına, beynəlxalq miqyasda dəstəklənməsinə səbəb olar. Tehranı razı salmaq, hətta nüvəsizləşdirmək belə mümkündür – danışıqlar yolu ilə… Sədrəddin Soltan - PRESSKLUB.AZ Geri qayıt |