Əsas Səhifə > Dünya > Suriya müxalifəti mübarizə üçün silah tələb edir

Suriya müxalifəti mübarizə üçün silah tələb edir


8-05-2014, 09:42
Suriya müxalifəti mübarizə üçün silah tələb edir
Suriya müxalifəti hökumətə qarşı mübarizədə güclənmək üçün tərəfdarlarından silah-sursat tələb edib. Ölkə müxalifətini təmsil edən Suriya Milli Şurasının prezidenti Əhməd Cərbə bu barədə açıqlama verib. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşqintonda çıxışı zamanı Cərbə qeyd edib ki, suriyalılar tək başına böhranın öhdəsindən gələ bilməyəcək. Onun sözlərinə görə, bunun üçün, xaricdən dəstək göstərilməzsə, döyüşlərdə qalib gəlmək mümkün olmayacaq.

"Suriya xalqı hələ 40 il bundan əvvəl Əsəd ailəsinin hakimiyyəti altında itirilən ləyaqətini bərpa etmək üçün küçələrə axışıb və azadlıq tələb edir. Əziz dostlar biz nə terrorçu, nə də satqınlar deyilik. Biz Suriya xalqının bir hissəsiyik. Terrorizm Əsəd rejiminin məhsuludur".

Daha sonra Cərbə iyun ayının 3-nə planlaşdırılan prezident seçkilərinə də münasibət bildirib. Müxalifət lideri qeyd edib ki, belə böhranlı bir dönəmdə prezident seçkiləri keçirmək məntiqə sığmır. Onun sözlərinə görə, Suriyada Əsədin iştirakı olmadan müvəqqəti hökumət bərqərar olduqdan 1 il sonra prezident seçkiləri keçirmək olar.

"Bəylər və xanımlar, hakimiyyəti Bəşər Əsəddən təmizlədikdən sonra ölkədə problemlərin 75 faizi həll olacaq".

Geri qayıt