Əsas Səhifə > Dünya > Krımda müsəlmanlar kütləvi şəkildə polisə çağrılır

Krımda müsəlmanlar kütləvi şəkildə polisə çağrılır


9-05-2014, 11:26
Krımda müsəlmanlar kütləvi şəkildə polisə çağrılır
Krımda müsəlmanlar kütləvi sürətdə polis tərəfindən sorğuya çağırılır.

"Axar.az" xəbər verir ki, bu açıqlama ilə "İnsaf" Müsəlman Liqasının rəhbəri Lütfi Zudiyev çıxış edib.

O, artıq 150 nəfər müsəlmanın dindirildiyini deyib:

"Artıq bu ənənəvi hal alıb. Dünən təkcə 150 müsəlmanı polis idarələrinə çağırıblar. Onlara müxtəlif suallar verirlər. Məsələn, nə vaxt islama gəlmisiniz, hansı təriqət üzvüsünüz. Radikal cərəyanların üzvlərini bu yolla toplamaq istəyirlər. Ən çox vəhhabiləri axtarırlar. Əvvəllər bu təriqətə üzv olmayanları zorla şərləyib həbs edirdilər. Hələlik bir az vəziyyət səngiyib".

Geri qayıt