Əsas Səhifə > Dünya > Dağıstanda vəhabilər ruslara qarşı hücuma keçdi

Dağıstanda vəhabilər ruslara qarşı hücuma keçdi


16-05-2014, 11:01
Dağıstanda vəhabilər ruslara qarşı hücuma keçdi
Dağıstanın Qunibski rayonunda “Qafqaz İmarəti”nə məxsus qüvvələr polis dəstələrinə qarşı hücum həyata keçiriblər.

“Axar.az” xəbər verir ki, bu barədə informasiya çeçen mücahidlərinə yaxın saytlarda yerləşdirilib.

Məlumatda hücumun dünən saat 18:00-da həyata keçirildiyi bildirilib. Hücum nəticəsində 3 polisin öldüyü, 10 nəfərin isə yaralandığı deyilib. Hazırda hadisə yerinə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyi qeyd edilib.

Qeyd edək ki, bir müddət öncə Qərb mətbuatında Putinin Şimali Qafqazdakı dini radikallara qarşı ciddi mübarizəyə başlayacağı bildirilmişdi. Məlumatlarda deyilirdi ki, əsas məqsəd ölkədə yaranacaq hər hansı daxili qarşıdurmanın önlənməkdir.

Onu da xatırladaq ki, hazırda Çeçenistan, Dağıstan, İnquşetiya və Başqırdıstanda bu tip əməliyyatlar aparılır.

Geri qayıt