Əsas Səhifə > Dünya > Avropa Parlamenti: 28 ölkə 751 mandatın taleyini müəyyən etdi
Avropa Parlamenti: 28 ölkə 751 mandatın taleyini müəyyən etdi26-05-2014, 09:56 |
Avropa Parlamentinə mayın 22-dən 25-dək keçirilmiş seçkinin ilkin nəticələri bəllidir. “Media forum” saytının məlumatına görə, Avropa Birliyinin 28 ölkəsində keçirilmiş seçkidə mühafizəkar qüvvələr – Avropa Xalq Partiyası önə çıxıb. Bu birlik 751 mandatlıq parlamentdə 211 nəfərlə təmsil olunmaq haqqı qazanıb. İkinci yeri sosialistlər – Demokratların və Sosialistlərin Mütərəqqi Alyansı tutub. Alyansın 193 təmsilçisi deputat seçilib. Üçüncü yerdə liberal fraksiya – Liberalların və Demokratların Alyansı gəlir: 74 mandat. Yaşıllar 57, Birləşmiş Avropa Solçuları 48 mandat əldə edib. Heç bir fraksiyaya qoşulmayan müstəqil deputatların sayı 40-dır. Avropa İslahatçıları və Mühafizəkarları fraksiyası 39, Avropa Azadlıq və Demokratiya Qrupu 33 yerə sahib çıxıb. Avropa inteqrasiyasına qarşı çıxan radikal partiyaların 56 mandat aldığı bildirilir. Geri qayıt |