Əsas Səhifə > Dünya > Ukraynanın qaz borcunu ödəməsi üçün qoyulan vaxt bitir
Ukraynanın qaz borcunu ödəməsi üçün qoyulan vaxt bitir29-05-2014, 11:04 |
Ukrayna üçün Rusiyanın Qazprom şirkətinə qaz borcunu ödəməsi üçün qoyulan vaxt mayın 29-da bitir. Ödəmədiyi halda, qaz kəsilə bilər, bu da Avropanın digər yerlərinə təchizata təsir göstərər. DİA.AZ xatırladır ki, mayın 29-da gecə 12-dək Ukrayna Rusiyaya 2 milyard dollarlıq qaz borcunu ödəməlidir. Rusiya prezidenti Vladimir Putin mayın 28-də bəyan edib ki, Rusiyanın Ukraynaya verdiyi pulsuz qaz Polşaya il ərzində göndərdiyindən çoxdur. Putin “bunun qeyri-müəyyən vaxtadək davam edə bilməyəcəyini” vurğulayıb. Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier mayın 28-də bildirib ki, Rusiyanın enerji siyasəti və təchizatı Ukraynadakı siyasi münaqişədə “mövzu olmamalıdır”. Geri qayıt |