Əsas Səhifə > Dünya > Rus terrorçular Luqanskda hərbi hissəni ələ keçirdi
Rus terrorçular Luqanskda hərbi hissəni ələ keçirdi4-06-2014, 09:40 |
Ukraynanın Luqansk şəhərində separatçılar və ölkə ordusu arasında toqquşmalar davam edir. AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, ötən gün separatçılar bu şəhərdə yerləşən daxili qoşunların hərbi hissəsini ələ keçirib. “Hərbi hissədə olan əsgərlərin hamısı separatçılara təslim olub. Hazırda onlar bir yerə toplanıb və onlar daha sonra nə ediləcyinə qərar veriləcək”, - deyə separatçılardan biri bildirib. Onun sözlərinə görə, hərbçilərin böyük əksəriyyəti yaralıdır. Ukrayna ordusu və separatçılar arasında toqquşmalar ötən gün axşam saatlarında başlayıb. Toqquşmalar zamanı güclü partlayış baş verib, daha sonra güclü yanğın başlayıb. Məlumatda bildirilir ki, hərbi hissəyə hücum zamanı ağır odlu silahlarda istifadə olunub. Hücumda ümumilikdə 300-dən çox separatçı iştirak edib. Geri qayıt |