Əsas Səhifə > Dünya > Rusiyadan Gürcüstana Cənubi Osetiya zərbəsi

Rusiyadan Gürcüstana Cənubi Osetiya zərbəsi


5-06-2014, 11:38
Rusiyadan Gürcüstana Cənubi Osetiya zərbəsi
Qondarma Cənubi Osetiya Respublikasının “prezidenti” Leonid Tibilov rəhbəri olduğu bölgənin Rusiyanın tərkibinə keçəcəyinə az müddət qaldığını dilə gətirib.

Axar.az xəbər verir ki, o, bu ideyanın hər bir osetinin məfkurəsində özünə yer tapdığını bildirib.

Qondarma respublikanın rəhbəri deyib:

”Biz Cənubi Osetiyada Krımın Rusiyaya birləşdirilməsindən çox həvəsləndik və bunu coşqu ilə qarşıladıq. Krımlılara görə şadıq. Nəhayət ki, onlar öz vətənlərini qazandılar. Ukraynada baş verənləri yaxından izləyirik. Orada vəziyyət ağırdır. Buna oxşar vəziyyəti biz də yaşamışıq. Rusiya ilə əlaqələrdən məmnunuq. Bu vaxta qədər çoxsaylı sənədlər imzalanıb. Bü cür inteqrasiya bizə deməyə əsas verir ki, Cənubi Osetiyanın Rusiya birləşəcəyi günə az qalıb. Hesab edirik ki, Rusiyaya birləşməklə bizi daha böyük perspektivlər gözləyir”.

Xatırladaq ki, qondarma Cənubi Osetiya öz müstəqilliyini birtərəfli qaydada elan etsə də, dünya birliyi bu təşəbbüsə olduqca mənfi reaksiya verib.

Geri qayıt