Əsas Səhifə > Dünya > Donetskdə rusiyalı separatçılardan ağlasığmaz vəhşilik

Donetskdə rusiyalı separatçılardan ağlasığmaz vəhşilik


13-06-2014, 11:22
Donetskdə rusiyalı separatçılardan ağlasığmaz vəhşilik
Ukraynanın Donetsk vilayətində separatçıların növbəti vəhşiliyi qeydə alınıb.

Avropa.info-nun verdiyi xəbərə görə, separatçılar 14 yaşlı yeniyetmənin gözləri qarşısında onun atasını və bacısını güllələyərək qətlə yetirib.
Bu haqda Ukraynanın tatnınış jurnalisti Yuri Butsov öz şəxsi profilindən məlumat yayıb.

Donetskdə rusiyalı separatçılardan ağlasığmaz vəhşilik

“Bir az öncə Dneprpetrovska içində yaralılar olan helikopter gəlib. Yaralılar içində14 yaşlı yeniyetmə də var. Yeniyetmənin yaraları qumbara qəlpələridir. Terrorçular Donestk qəsəbəsinin sadə bir ailəsinin evinə daxil olaraq ailəni atəşə tutub. Gəncin gözü qarşısında onun atası və bacısı qətlə yetirilib. Yeniyetmənin həyatına hazırda təhlükə yoxdur, bəs güllənənən insanları necə xilas edək?”- deyə jurnalist bildirib.

Geri qayıt