Əsas Səhifə > Dünya > Ukrayna ilə Rusiya arasında daha bir rabitə kəsildi
Ukrayna ilə Rusiya arasında daha bir rabitə kəsildi17-06-2014, 09:28 |
Rusiyanın Qazprom şirkəti Ukraynaya təbii qaz ixracını dayandırıb. Bir qədər əvvəl ukraynalı dövlət nümayəndələri ilə şirkət rəhbərliyi arasında sövdələşmə baş tutmamışdı. Qazprom rəsmi Kiyevin təklif etdiyi daha ucuz qimyətə təbii qaz idxalına razılıq verməyib. Ölkənin enerji naziri Yuriy Prodan şirkət rəhbərliyi ilə razılaşma əldə olunacağı təqdirdə Ukraynanın Rusiyaya təbii qaza olan borclarını 10 gün ərzində ödəyəcəyini bildirmişdi. Ukrayna Qazproma 1000 kub metr təbii qaz üçün 268-326 dollar təklif edirdi. Ukraynanın hazırda Rusiyaya təbii qaza olan borcu, təxminən, 4,5 milyard dollar təşkil edir. Tərəflərin bir-birindən narazı qalması, sonda işin məhkəməlik olmasına gətirib çıxarıb. Ukraynanın Naftoqaz şirkəti Qazpromu qiymət məsələsində ədalətli olmadığı üçün məhkməyə verib. Qazpromun direktoru Aleksey Miller də, həmçinin, borcları geri qaytarmaq üçün qarşı tərəfə məhkəmə işi açıb. Miller qeyd edib ki, Ukrayna bundan sonra Rusiyadan təbii qaz ala bilmək üçün ilkin ödəniş etməlidir. Avropanın təbii qaza olan ehtiyacının 15 faizini Qazprom təmin edir. Burada məsələ təbii qazda deyil, Rusiya Ukraynanı dağıtmaq məqsədi güdür. Ukraynanın baş nazir Arseniy Yatsenyuk məsələyə münasibətində bu cür ifadələr işlədib. "Bu Rusiyanın Ukraynaya qarşı təcavüzünün növbəti mərhələsidir. Ukrayna tanklar, qırıcı təyyarələr alıb Ukraynanın başına bomba yağdırması üçün Rusiyaya illik 5 milyard dollar verməyəcək" - deyə Yatsenyuk qeyd edib. Geri qayıt |