Əsas Səhifə > Dünya, Güney Press > Ukraynanın separatçı liderləri müvəqqəti atəşkəsə razılaşırlar
Ukraynanın separatçı liderləri müvəqqəti atəşkəsə razılaşırlar24-06-2014, 10:49 |
Ukraynanın şərqindəki separatçı liderlər iyunun 27-dək müvəqqəti atəşkəsə razılaşdıqlarını bildiriblər. Bunu qondarma «Donetsk Xalq respublikasının» baş naziri Aleksandr Borodai iyunun 23-də bəyan edib. Həmin gün Moskva, Kiyev və ATƏT təmsilçilərinin iştirakı ilə sülh danışıqları keçirilib. Borodai deyib ki, qondarma «Luqansk Xalq respublikası»ndakı separatçılar da iyunun 27-dək atəşkəsə razılaşıblar. Onun sözlərinə görə, separatçıların təmsilçiləri Ukrayna böhranının həlli üçün danışıqlara qoşulacaq. Öncə separatçılar prezident Petro Poroshenko-nun iyunun 20-də elan etdiyi birtərəfli atəşkəsi rədd edib. İyunun 23-də isə Avropa Birliyinin xarici işlər nazirləri bildiriblər ki, Rusiya Poroshenko-nun sülh planını dəstəkləməsə, ona qarşı daha geniş sanksiyalar tətbiq oluna bilər. Geri qayıt |