Əsas Səhifə > Dünya > İsrail Kürdüstanın müstəqilliyini tanımağa hazırlaşır

İsrail Kürdüstanın müstəqilliyini tanımağa hazırlaşır


27-06-2014, 10:34
İsrail Kürdüstanın müstəqilliyini tanımağa hazırlaşır
İsrail Kürdüstanın müstəqilliyini tanımağa hazırlaşır.

SalamNews-un İraqın "Sumaria" telekanalına istinadla verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi bəzi İsrail rəsmiləri və ekspertlərinə istinadla məlumat verib.

Məlumta əsasən, ABŞ dövlət katibi Con Kerri və İsrailin xarici işlər naziri Aviqdor Libermanın Parisdə baş tutan dünənki görüşündə Kürdüstan dövlətinin yaradılmasının elan ediləcəyi və rəsmi Təl-Əvivin bu dövləti rəsmən tanıyacağı barədə mühüm fikirlər səsləndirilib.

A.Libermanın təmsilçisi İraqdakı proseslərə toxunaraq bu ölkənin tamamilə parçalanacağını və yerində kürd dövlətinin təsisinin labüd olacağını vurğulayıb.

Mənbə İsrail kəşfiyyatının sabiq rəsmisi Eliazer Savrezdən sitat gətirib: “Ötən əsrin 60-cı illərindən etibarən İsraillə kürdlər arasında gizli əlaqələr olub; hərbi təlimlər keçirilib, yəhudilər xilas edilərək xaricə qaçırılıb, Səddam Hüseyn rejimi və İrana qarşı kəşfiyyat əməliyyatlar aparılıb. Əlaqələrin sirli qalması isə kürd tərəfinin tələbidir. Biz istəyirik ki, hər şey açıq və rəsmi şəkildə olsun. Kürdüstanda səfirliyimizin olmasını istəyirik."

Xatırladaq ki, Kürdüstan Muxtariyyəti bu ay ərzində iki dəfə İraqın şimalından qeyri-leqal şəkildə ixrac etdiyi nefti İsrailə satıb. Hazırda İraq ordusunun Kərkükdən çıxması və kürdlərin "Beşmərkə" qüvvələrinin neftlə zəngin olan bu şəhəri ələ keçirməsi rəsmi Bağdadı ciddi şəkildə narahat edir.

Geri qayıt