Əsas Səhifə > Dünya > İŞİD bir yandan, İsrail də bir yandan ərəb qətliamına qoşulub...
İŞİD bir yandan, İsrail də bir yandan ərəb qətliamına qoşulub...9-07-2014, 12:28 |
İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində ölən və yaralanan fələstinlilərin sayı durmadan artır. ANS PRESS-in məlumatına görə, “Müdafiə xətti” adı altında keçirilən hərbi əməliyyatlar zamanı 28 fələstinli ölüb, 150-dən çox adam isə yaralanıb. Ölənlərdən ikisi qadın, beşi uşaqdır. İsrail Hərbi Hava Qüvvələrinə aid qırıcılarının Qəzzanı bombardman etməsi nəticəsində “HƏMAS” qruplaşmasının 4 üzvünün öldüyü bildirilir. İsrail ordusu “HƏMAS” liderlərindən bir neçəsinin evlərdə gizləndiyini əsas gətirərək dinc sakinlərin yaşadığı evləri də bombalayıb. Bu isə uşaq və qadınlar daxil olmaqla ölü və yaralıların sayını artırıb. Qeyd edək ki, İsrail hökuməti hərbi əməliyyatların bir neçə gün əvvəl “HƏMAS” qruplaşmasının raket zərbələrinə cavab olaraq keçirildiyini bəyan edib. Geri qayıt |