Əsas Səhifə > Dünya, Güney Press > Bərzaninin İŞİD terrorçuları ilə əməkdaşlığının səbəbi açıqlandı

Bərzaninin İŞİD terrorçuları ilə əməkdaşlığının səbəbi açıqlandı


12-07-2014, 11:44
Bərzaninin İŞİD terrorçuları ilə əməkdaşlığının səbəbi açıqlandı
Bərzani İŞİD-ə niyə dəstək verib?

İslamazeri.az-ın “YDH”-yə istinadən verdiyi xəbərə görə, Bərzaninin İŞİD təkfirçi terrorçularına dəstək verməsinin səbəbi açıqlanıb.

“Qanun Dövlət İttifaqı” blokunun millət vəkili Aliyə Nasif, Kürdistan Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin İŞİD terrorçuları ilə əməkdaşlıq etdiklərinə dair əllərində sübutlar olduğunu deyib.

Aliyə Nasif Bərzaninin məqsədinin türkmənləri yaşadığı ərazilərdən çıxarmaq və həmin əraziləri Kürdistan bölgəsinə birləşdirərək İraqda konfederal hökumət yaratmağa nail olmaq olduğunu bildirib.

İraq parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədr müavini İskəndər Vədud Bərzaninin Mosul hadisələrində əli olduğunu deyib və türkmənləri Təlafərdən çıxardaraq, Kürdistana birləşdirmək istədiyini vurğulayıb.

İraq hökumətinin öz torpaqlarının bir qarışından da keçməyəcəyini qeyd edən Vədud Peşmərgə qüvvələrinin Kərkük və digər mübahisəli əraziləri tərk etməli olduğunu bildirib.

Geri qayıt