Əsas Səhifə > Dünya > Avropa Birliyi Rusiyaya qarşı sanksiya elan edir
Avropa Birliyi Rusiyaya qarşı sanksiya elan edir25-07-2014, 12:08 |
İyulun 25-də Avropa Birliyinin Ukrayna münaqişəsindəki roluna görə 15 ukraynalı və rusiyalını, həmçinin 18 qurumun adını sanksiya siyahısına salacağı gözlənilir. Diplomatik mənbələr deyirlər ki, qurumların 9-u şirkət, 9-u Ukraynadakı separatçı qurumlardır. Avropa Birliyi səfirləri dünən görüşüb. Görüşün nəticələri bu gün AB-nin rəsmi jurnalında dərc olunacaq. Səfirlər həmçinin maliyyə bazarlarına, silah və enerji texnologiyalarına Rusiyanın girişinin əngəllənməsi yollarını da müzakirə edib. Yollardan biri kimi təklif edilir ki, Avropa Birliyi investorlarına Rusiyanın 50 faiz və ondan çox səhminə sahib olan banklardan iri borc və ya səhm almaq qadağan edilsin. Qadağa təklifləri arasında silah embarqosu, enerji və texnologiya sahəsində ixracın məhdudlaşdırılması da var. Bu ərəfədə Kanada hökuməti iyulun 24-də bəyan edib ki, Rusiya şirkət və banklarına geniş miqyaslı sanksiya tətbiq etmək lazımdı. Geri qayıt |