Əsas Səhifə > Dünya > Ukraynanın şərqində hökumət qüvvələri pusquya düşüb

Ukraynanın şərqində hökumət qüvvələri pusquya düşüb


1-08-2014, 11:51
Ukraynanın şərqində hökumət qüvvələri pusquya düşüb
Ukraynanın şərqində hökumət qüvvələrinin əsgərləri pusquya düşüblər.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə antiterror əməliyyatının mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

Hadisə Donetsk vilayətinin Şaxtyorsk yaşayış məntəqəsi yaxınlığında baş verib. Pusquda dayanan terrorçular qəfildən ukraynalı xüsusi təyinatlılara atəş açıblar.

Hökumət qüvvələrinin itki verdiyi bildirilsə, ölənlərin dəqiq sayı açıqlanmır.

Geri qayıt