Əsas Səhifə > Dünya, Güney Press > Nəhayət ki, Obama İŞİD-ə qarşı silaha əl atacaqlarını dedi

Nəhayət ki, Obama İŞİD-ə qarşı silaha əl atacaqlarını dedi


8-08-2014, 09:52
Nəhayət ki, Obama İŞİD-ə qarşı silaha əl atacaqlarını dedi
ABŞ prezidenti Barak Obama amerikalılara telemüraciətində İraqdakı terrorçuların mövqelərinə məhdud hava zərbələrinin endiriləcəyini bəyan edib.

Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.

“Zərurət yaranacağı təqdirdə aviazərbələrin endirilməsinə icazə verdim”, deyə Obama bildirib və ABŞ-ın yeni müharibəyə sürükləndirilməsinə yol verməyəcəyini qeyd edib.

Onun sözlərinə görə, İraqdakı dini azlıqların soyqırımının qarşısının alınması və bu ölkədəki ABŞ vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə zərbələr “İslam Dövləti” qüvvələrinin mövqelərinə endiriləcək.

“İslam Dövləti” qüvvələri ezid xalqının sistemli şəkildə tamamilə məhv ediləcəyini bəyan edib, bu isə soyqırımın törədilə biləcəyindən xəbər verir”, deyə Obama qeyd edib.

Onun sözlərinə görə, İraq hökuməti qətliamın qarşısını almaq məqsədilə yardım göstərilməsi üçün ABŞ-a müraciət edib.

Geri qayıt