Əsas Səhifə > Dünya > Bəşər Əsədin qoşunlarından genişmiqyaslı hərbi əməliyyat

Bəşər Əsədin qoşunlarından genişmiqyaslı hərbi əməliyyat


30-08-2014, 10:31
Bəşər Əsədin qoşunlarından genişmiqyaslı hərbi əməliyyat
Suriyada prezident Bəşər Əsədin nəzarətində olan ordu qüvvələri müxtəlif şəhərlərdə müxaliflərin nəzarətində olan bölgələrə ağır silahlarla hücum edib.

Axar.az xəbər verir ki, bu hücumlar nəticəsində 64 adam ölüb.

Suriya İnsan Haqları Təşkilatından (SNHR) verilən açıqlamada Əsəd qüvvələrinin havadan və qurudan təşkil etdiyi hücumlarda Şam ətraflarında 24, Hələbdə 20, Dərada 7, Həmada 4, Raqqa və İdlibdə 3, Xümsdə 2 və Latkiyədə 1 nəfər həyatını itirib.

Bu vaxt Suriya rəsmi agentliyi SANA təhlükəsizlik qüvvələrinə istinadən verdiyi xəbərdə ordu qüvvələrinin Həma, Hələb, İdlib və paytaxt Şam şəhəri ətrafında həyata keçirilən əməliyyatlarda çoxlu silahlı qrupları zərərsizləşdirdiyini və texnikanı məhv etdiyi qeyd edib.

Geri qayıt