Əsas Səhifə > Dünya > Yarısı İŞİD-in işğalı altında olan İraqda yeni hökumət qurulur

Yarısı İŞİD-in işğalı altında olan İraqda yeni hökumət qurulur


9-09-2014, 10:32
Yarısı İŞİD-in işğalı altında olan İraqda yeni hökumət qurulur
İraq parlamenti baş nazir olacaq Haider al-Abadi-nin rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib. Sentyabrın 8-də keçirilən sessiyada İraq parlamenti həmçinin keçmiş baş nazirlər Nuri al-Maliki və Iyad Allawi, keçmiş parlament spikeri Usama al-Nujaifi-ni vitse-prezident vəzifələrinə təsdiqləyib.

Sünni siyasətçi Saleh al-Mutlak, vəzifədən gedən kürd xarici işlər naziri Hoshyar Zebari və şiə blokundan Bahaa al-Aaraji baş nazirin müavinləri təyin olunublar.

Keçmiş baş nazir Ibrahim al-Jaafari xarici işlər naziri olacaq. Məlumatlara görə, parlament Abadi-nin müdafiə və daxili işlər nazirlərindən başqa bütün namizədlərini təsdiqləyib.

Al-Abadi deyib ki, məsləhətləşmələr aparıb bir həftə ərzində həmin postlara başqa namizədlər təklif edəcək.

Geri qayıt