Əsas Səhifə > Dünya, Güney Press > İran prezidenti Orta Asiyada səfərdədir
İran prezidenti Orta Asiyada səfərdədir10-09-2014, 11:12 |
İran prezidenti Hasan Rohani Tacikistana rəsmi səfəri çərçivəsində ölkəsinin maliyyələşdirdiyi su-elektrik stansiyasının açılış mərasiminə qatılacaq. İran Sangtuda-2 stansiyasına 180 milyon dollar sərmayə qoyub. O, tacik həmkarı Emomali Rahmon-la görüşəcək. Sentyabr 11-12-də Rohani Tacikistanda Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. Qazaxıstanda isə Rohani prezident Nursultan Nazarbaev-lə görüşüb. Nazarbaev ümidini bildirib ki, Tehranın nüvə proqramına dair mübahisə həllini tapacaq. Tehranla nüvə proqramına dair razılaşmanın əldə olunması üçün noyabrın 20-dək vaxt qoyulub. Geri qayıt |