Əsas Səhifə > Dünya > “Tövrat yəhudilərə dövlət qurmağı qadağan edir”
“Tövrat yəhudilərə dövlət qurmağı qadağan edir”20-09-2014, 11:16 |
“Neturey Karta” adlı yəhudi antisionist təşkilatının mətbuat katibi David Vays İsrail tərəfindən Fələstinə qarşı aparılan müharibəni “faciə” adlandırıb. Ravvinin sözlərinə görə, müharibə iudaizm qanunlarına zidd olaraq yaradılmış İsrail dövlətinin öz təbiətindən doğulub. “İsrail öz varlığı ilə Allaha qarşı qiyamı təcəssüm etdirir. Onun özünün varlığı da Şərdir, onun istənilən hərəkəti də şərdir. Tövrat Süleyman peyğəmbərin məbədinin dağılmasından sonra dövlət qurulmasını qadağan edir. Bundan sonra yəhudilər idarəçilik hüququnu və Müqəəddəs torpağa qayıtmaq haqqını itiriblər”. Yəhudi dindar bu sözləri “Əl-cəzirə” telekanalına müsahibəsində söyləyib. D. Vays qeyd edib ki, Fələstin xalqını özünümüdafiə, torpaqlarını qorumaq və onları işğaldan azad etmək hüququ vardır. “Fələstinlilərin hərəkətləri – İsrailin təcavüzünə cavabdır. Bizləri yüz illər başqlarının təcavüzündən qoruduqlarına görə biz Fələstinə və bütün müsəlmanlara minnətdar olmalıyıq”-deyə yəhudi ravvin vurğulayıb. Fələstinli jurnalistlər öz şərhlərində D.Vaysı “düzgün yəhudi” adlandırıblar. Qeyd edək ki, yəhudi ravvinin gözləniləməz açıqlamalarına bir sıra məşhur İsrail saytları da yer verib. Geri qayıt |