Əsas Səhifə > Dünya > Qərbdən rus milyarder ailəsinə daha bir zərbə

Qərbdən rus milyarder ailəsinə daha bir zərbə


27-09-2014, 10:19
Qərbdən rus milyarder ailəsinə daha bir zərbə
Şimali Avropa bankı “Nordea” rusiyalı biznesmen Rotenberqlər ailəsinə məxsus Finlandiyanın “Lonqvic Capital” şirkətinə xidmət göstərməyi dayandırıb.

Axar.az xəbər verir ki, buna səbəb Arkadi və Boris Rotenberq qardaşlarının Qərbin sanksiyalarına məruz qalmasıdır.

Xidmətin dayandırılmasına baxmayaraq, şirkətin səhmləri dondurulmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl İtaliya hökuməti Arkadi Rotenberqə məxsus bir neçə əmlaka və bank hesablarına həbs qoymuşdu.

Geri qayıt