Əsas Səhifə > Dünya > Krım tatarlarının liderinin oğlu həbsxanadan aparılıb
Krım tatarlarının liderinin oğlu həbsxanadan aparılıb29-09-2014, 09:35 |
Krım Tatar xalqının lideri, Ali Radanın deputatı Mustafa Cəmilin oğlu Krasnodar diyarının Krım həbsxanadan aparılıb. Məlumatı yayan svoboda.ru onun hara aparıldığını aydınlaşdırmır. Mustafa Cəmil Ukraynanın "Kanal 24"-ünə bildiirb ki, Rusiyaya birləşdirilən Krımın yeni hakimiyyəti ona zərbə vurmaq istəyir. Bir müddət əvvəl Avropa Məhkəməsi Mustafa Cəmilin sorğusuna cavab olaraq bildirmişdi ki, Rusiya hakimiyyəti onun oğlunu təcili azad etməlidir. Mustafa Cəmilin oğlu Hayser Cəmilov Ukrayna vətəndaşıdır. Rusiya hakimiyyəti onu qətldə və qanunsuz silah daşımada günahlandırır. Aprel ayında Rusiyaya birləşdirilən Krımın yeni rəhbərliyi Mustafa Cəmilə vətəninə dönməsinə 5 illik əngəlləyib. Yeni hakimiyyət onu ekstemizmdə ittiham edir. Krım-tatar Məclisinin rəhbəri Refat Cubarovun da Krıma qayıtmasına 5 illik qadağa qoyulub. Tatarların əksəriyyəti Krımın Rusiyaya birləşdirilməsini dəstəkləmir. Geri qayıt |