Əsas Səhifə > Dünya > Əl-Nusra: Bu döyüş Qərbi 100 il geriyə salacaq

Əl-Nusra: Bu döyüş Qərbi 100 il geriyə salacaq


30-09-2014, 10:46
Əl-Nusra: Bu döyüş Qərbi 100 il geriyə salacaq
Suriyada döyüşən Əl-Nusra qruplaşması İŞİD və Əsəd rejiminə qarşı ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələrinə qatılmayacağını açıqlayıb.

Axar.az xəbər verir ki, Əl-Nusra cəbhəsinin komandirlərindən sayılan Məhəmməd əl-Culani İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiyanı “Şər ​​sazişi” olaraq xarakterizə edib.

Yayılan səs yazısında bölgədə vuruşan radikal qruplaşmaları ABŞ-ın təsiri altına düşməməsi xəbərdarlığını edən Culani ABŞ-ın onlardan öz məqsədləri üçün istifadə etdiyini açıqlayıb:

“Qərb və ABŞ-ın İŞİD zülmü, komandirlərin öldürülməsi və var-dövlətlərinin ələ keçirilməsi kimi sözlərinə inanmayın. Sizi “Şər ittifaqına” qoşulmamaq və Qərbə boyun əyməmək barədə xəbərdar edirəm”.
Koalisiya qüvvələrinin müsəlmanları ağ günə çıxarmayacağını deyən qruplaşma lideri bundan sonra ABŞ-a qarşı döyüşəcəklərini bəyan edib:

“Qərb və ABŞ-ın müsəlmanları zülmdən qurtarmaq üçün gəldiyini sanmayın. Əsəd üç ildir sünni xalqının başına ölüm yağdırdı, əsarətə məhkum etdi, işgəncə verdi, kimyəvi silahlarla hücum etdi. Ölü və yaralıların sayı 1 milyona çatıb. Bəs niyə Qərb buna göz yumdu? Bu təhdid deyilmi?”

Culani Qərbin uzaqdan idarə etdiyi bu savaşa görə özünü çox əziyyətə salmayacağını bildirərək, həm Əsəd, həm də koalisiyaya qarşı vuruşacaqlarını qeyd edib:

“Bu doğru addım deyil. Qərb döyüşün əvəzini ağır ödəyərək 100 il geriyə düşəcək. Əl-Nusra cəbhəsi Əsəd rejimi ilə mübarizəyə davam edəcək və Səlib hücumunu əlimizdəki imkanlarla Dəməşqdə darmadağın edəcəyik”.

Geri qayıt