Əsas Səhifə > Dünya > Merkel: “Moskvaya təzyiqi davam etdirmək lazımdır”
Merkel: “Moskvaya təzyiqi davam etdirmək lazımdır”30-09-2014, 12:23 |
“Avropa İttifaqı Rusiyaya qarşı tətbiq ediləcək sanksiyaları yumşaltmaq fikrində deyil”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Almaniya kansleri Anqela Merkel çıxış edib. O, Rusiyaya heç bir güzəşt olmayacağını bildirib: “Sanksiyaların hələ ki, ləğv edilməsi imkanı yoxdur. Moskvaya təzyiqi davam etdirmək lazımdır. Moskvanın Krımı işğalından sonra mövqeyi dəyişməyib. Ona görə də biz sanksiyaları ləğv etmək fikrində deyilik. Rusiya digər əraziləri işğal etməyəcəyini göstərməlidir. Bundan başqa, Ukraynanın şərqində sülh bərqərar olmalıdır, parlament seçkiləri isə ATƏT-in nəzarəti altında sərbəst keçirilməlidir”. Geri qayıt |