Əsas Səhifə > Dünya > “İŞİD ağır texnika və tanklarla 2 məhəlləyə girdi, qırığın ola bilər”
“İŞİD ağır texnika və tanklarla 2 məhəlləyə girdi, qırığın ola bilər”9-10-2014, 09:32 |
İŞİD terror təşkilatının yenidən Kobaniyə girdiyi iddia olunub. ANS PRESS-in məlumatına görə, bu barədə Suriya Demikratik Birlik Partiyasının (PYD) həmsədri Asya Abdullah məlumat yayıb. Məlumatda İŞİD-in artıq 2 məhəlləyə girdiyi bildirilib və kütləvi mülki qətliam ehtimalı barədə xəbərdarlıq edilib. “İŞİD ağır texnika və tanklarla 2 məhəlləyə girib. Kütləvi mülki qırığın ola bilər”. Xatırladaq ki, ötən axşam “Reuters” Suriyadakı mənbəsinə istinadən, koalisiya qüvvələrinin bombardımanından sonra İŞİD-in KObanidən geri çəkildiyini xəbər vermişdi. Geri qayıt |