Əsas Səhifə > Dünya > Ət böhranı ilə üz-üzə qalan ruslar Filippindən timsah əti almağa başlayıblar
Ət böhranı ilə üz-üzə qalan ruslar Filippindən timsah əti almağa başlayıblar10-10-2014, 09:29 |
Rusiyada kənd təsərrüfatına nəzarət edən “Rosselxoznadzor” təşkilatı Filippin şirkətlərə Rusiya bazarını timsah əti ilə təchiz etməsinə icazə verib. ANS PRESS-in məlumatına görə, nəzarətçi qurum dondurulmuş timsah əti istehsal edən “Coral Agri-ventures Farm, Inc.” şirkətini Gömrük İttifaqı ölkələrinin buraxılış reyestrinə daxil edilib. Təşkilatdan bildiriblər ki, Rusiya həmçinin Nikaraquadan krevetlərin də gətirilməsində maraqlıdır. “Rosselxoznadzor”un direktoru Sergey Dankvert bu barədə Nikaraqua xarici işlər naziri Luis Molin Kuadra ilə görüşü zamanı bildirib. Qeyd edək ki, “timsah əti” qərarı Qazaxstan və Belarus baytar xidmətləri ilə də razılaşdırılıb. Geri qayıt |