Əsas Səhifə > Dünya, Güney Press > Serj erməni fəallığının kuliminasiya nöqtəsinin hədəfində

Serj erməni fəallığının kuliminasiya nöqtəsinin hədəfində


11-10-2014, 11:09
Serj erməni fəallığının kuliminasiya nöqtəsinin hədəfində
Serj Sarkisyanın rejimi hər tərəfindən çat verir. İrəvanda ümumrespublika mitinqinin başa çatmasından sonra bu nəticəyə gəlmək olar. Parlamentdə təmsil olunan üç müxalifət partiyası tərəfindən təşkil olunan etiraz aksiyasına, polisin məlumatına görə, 20 min adam çıxıb. Mitinq iştirakçıları hesab edirlər ki, gerçək rəqəm iki və hətta dörd dəfə çoxdur.

Ermənistan paytaxtının Azadlıq meydanına parlament partiyaları ilə yanaşı, müxalifət hərəkatının başqa tərəfdarları da gəlmişdi.

"Serj Sarkisyan rejimi artıq tükənib, bu, xarici qüvvələr üçün də artıq aydındır", - deyə alqışlar altında Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bildirib. İrəvandakı aksiya Ermənistan xalqının mitinq fəallığının kuliminasiya nöqtəsi oldu.

"Məhz hakimiyyətin yararsız xarici və daxili siyasəti bizi bir yerə yığışmağa məcbur edib", - deyə çıxış edənlər bildirib. Bir çox analitiklərin fikrincə, etiraz aksiyasının ən əsas intriqası "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanın erməni dövlətinin başçısı vəzifəsinə namizədliyinin irəli sürülməsi olmalı idi. Amma oliqarxın özü bildirdi ki, növbəti mitinqdə öz sözünü deyəcək. O, həm də mitinqə toplaşanları əvvəlcədən xəbərdar edib ki, uğur elə də asan başa gəlməyəcək.

Mitinqə toplaşanlar açıqca vurğulayıblar: “Sarkisyan çıx get!”. Əslində, bu, etiraz aksiyasının iştirakçılarının əsas tələbi olub.

Geri qayıt