Əsas Səhifə > Dünya, Güney Press > Məşhur Adnan Oktar bu dəfə Türkiyənin millətçi gəncliyini öydü:

Məşhur Adnan Oktar bu dəfə Türkiyənin millətçi gəncliyini öydü:


20-10-2014, 09:50
Məşhur Adnan Oktar bu dəfə Türkiyənin millətçi gəncliyini öydü:
DİA.AZ: - Azərbaycanda da yaxşı tanınan və Harun Yahya imzası ilə bir çox dini, araşdırma xarakterli kitabları ilə populyarlaşan Adnan Oktar bu dəfə Türkiyənin millətçi kəsiminə jest edib. DİA.AZ-ın qardaşölkənin KİV-lərinə istinadən verdiyi xəbərdə deyilir ki, öz telekanalında Adnan Oktar tələbələrlə söhbətində Türkiyə millətçiliyinin gənclər qolu kimi tanınan ülküçüləri «Onlar Allahın aslanlarıdır» ifadəsini işlədib.

«Onlar Türkiyənin qürur mənbəyidir» deyən Adnan Oktar daha sonra millətsçi gənclərin könlünü belə oxşayıb: «Ülküçülərə Allah dəstək verir. Onları Allah qoruyur. Onlar qoç igidlərdir. Ürəkləri rahat olsun. Allah aşiqi, Allahın aslanlarıdır onlar. Allahım onları 12 sentyabr hadisələri öncəsi necə qorudu. Şəhidlik bir şərəfdir. Ülküçülər Türkiyənin qürur mənbəyidir. Onlar hər zaman igidlikləri ilə, aslanlıqları ilə Allah tərəfindən qorunaraq vəzifələrinə davam edəcəklər».


VİDEOYA BURADAN BAXA BİLƏRSİNİZ
Geri qayıt