Əsas Səhifə > Dünya > Türkiyə Əl-Əqsaya hücuma sərt reaksiya verdi

Türkiyə Əl-Əqsaya hücuma sərt reaksiya verdi


6-11-2014, 09:49
Türkiyə Əl-Əqsaya hücuma sərt reaksiya verdi
"Əl-Əqsa məscidinə edilən hücumlar barbarlıq və həyasızlıqdır. Bu hücumlar şiddətli şəkildə qarşılıq görməlidir". ANS PRESS-in məlumatına görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu İsrailin Qüds şəhərində müsəlmanların ilk qibləsi olan əl-Əqsa məscidinə girişi məhdudlaşdırmasına dair münasibətində bu cür ifadələr səsləndirib. Ankarada çıxışı zamanı Davudoğlu Yaxın Şərqdə yaşanan gərginliklə əlaqədar Fələstinə dəstəyini ifadə edib.

“Türkiyə hökuməti olaraq biz hər zaman çətin anlarında fələstinli qardaşlarımızın yanında olmuşuq. Qüds və əl-Əqsa məsələsi Türkiyənin Yaxın Şərq siyasətinin mərkəzində duran məsələlər olub. Qüds sülh şəhəri olmalı ikən, İsrailin bu mövqeyi nəticəsində, barbarlığın, zülmün bir rəmzinə çevrilib. Bütün dünya ictimaiyyətini, müsəlmanları əl-Əqsa məscidinə sahib çıxmağa çağırıram” - deyə nazir qeyd edib.

Davudoğlu qeyd edib ki, Türkiyə İsrailin bu hərəkətlərinə qarşı beynəlxalq səviyyədə tədbir görməyə çalışacaq.

Geri qayıt