Əsas Səhifə > Dünya > "Sabitliyi pozmaq üçün heç nə baş vermir və heç nə baş verməyəcək"

"Sabitliyi pozmaq üçün heç nə baş vermir və heç nə baş verməyəcək"


7-11-2014, 11:41
"Sabitliyi pozmaq üçün heç nə baş vermir və heç nə baş verməyəcək"
Gürcüstanın baş naziri Irakly Garibashvili deyir ki, altı partiyanın koalisiyasından çıxmasına və əsas nazirlərin istefasına baxmayaraq, onun koalisiyası sabitdir. Noyabrın 6-da kabinetin iclasında danışan Garibashvili deyib:

“Parlamentdə güclü çoxluğumuz olacaq və hökumət daha artıq səmərə ilə işini davam etdirəcək. Sabitliyi pozmaq üçün heç nə baş vermir və heç nə baş verməyəcək”.

Noyabrın 5-də Azad Demokratlar Partiyası hakim koalisiyadan çıxıb. Garibashvili müdafiə naziri Irakly Alasania-nı işdən çıxarıb, xarici işlər naziri Maya Panjikidze istefa verib.

Baş nazir Alasania-nı “avanturist, səfeh və ambisiyalı”, onun Gürcüstanın avroatlantik seçiminə hücumla bağlı iddialarını “tamamilə məsuliyyətsiz və absurd” adlandırıb.

Geri qayıt