Əsas Səhifə > Dünya > Türkiyənin baş nazirindən ilginc Qüds açıqlaması
Türkiyənin baş nazirindən ilginc Qüds açıqlaması8-11-2014, 13:32 |
Qüds bizim əbədi mübarizə simvolumuzdur. SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib. “İnşallah, "əl-Əqsa" da bir gün azadlığına qovuşacaq. Buna heç kim mane ola bilməz. Nə edirlər-etsinlər, dünya nə qədər səssiz qalır-qalsın, bilsinlər ki, hər müsəlmanın ürəyində, ağlında yaşayan "əl-Əqsa" heç vaxt unudulmaz. Qüds bizim ilk qibləmiz, tarixin bizə əmanətidir.”, - Ə.Davudoğlu bildirib. Qüdsdə yaşanan son hadisələrə toxunan türkiyəli hökumət başçısı dünən prezident Rəcəb Tayyib Ərdoğanın, bu gün isə özünün fələstinli liderlərlə danışıqlar apardığını söyləyib: "Onlarla koordinasiya içində Qüds üçün, “əl-Əqsa” üçün nə lazımdırsa, edəcəyik. Qüds və "əl-Əqsa"ya sahib çıxmaq üçün bütün tədbirləri görəcəyik. Lazımi təlimatlar vermişik. Məsələyə BMT də müdaxilə edəcək. Bütün dünya unutsa belə, biz Qüdsü unutmayacaq, unutdurmayacağıq." Geri qayıt |