Əsas Səhifə > Dünya > Bazeldə ABŞ və Rusiya Ukrayna mövzusunda kəllə-kəlləyə gələcək

Bazeldə ABŞ və Rusiya Ukrayna mövzusunda kəllə-kəlləyə gələcək


4-12-2014, 11:33
Bazeldə ABŞ və Rusiya Ukrayna mövzusunda kəllə-kəlləyə gələcək
ABŞ dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov dekabrın 4-də görüşəcək, Ukrayna böhranına dair danışıqlar aparacaq. Görüş İsveçrənin Bazel şəhərində, ATƏT diplomatlarının toplantısı çərçivəsində keçiriləcək.

ATƏT Ukrayna hərbçiləri ilə separatçıların ölkənin şərqində atəşkəsə dair 5 sentyabr tarixli sazişinin monitorinqini aparır. Atəşkəs sazişi mütəmadi olaraq, özəlliklə separatçıların nəzarətində olan Donetsk hava limanı ətrafında pozulur. Dekabrın 2-də həmin ərazidə atəşkəs üzrə daha bir razılaşma əldə olunub.

Ancaq Ukrayna ordusu yaraqlıları həmin razılaşmanı dərhal pozmaqda ittiham edir. Ukrayna Milli Təhlükəsizlik Şurası dekabrın 3-də bildirib ki, separatçılar aeroporta hücum edəndən sonra ağır itkilər verib.

Geri qayıt