Əsas Səhifə > Dünya > Qara dərili Obamanın ölkəsində RƏNGLİ ÜSYAN davam edir...

Qara dərili Obamanın ölkəsində RƏNGLİ ÜSYAN davam edir...


5-12-2014, 10:15
Qara dərili Obamanın ölkəsində RƏNGLİ ÜSYAN davam edir...
ABŞ-da ikinci gecədir etirazlar səngimir. Nümayişə çıxanlar Nyu Yorkda ağdərili polisin qaradərili şəxsi öldürməyə görə ittiham olunmamasına etiraz edirlər. Vaşinqton, Çikaqo, Nyu Yorkda etirazlar davam edib.

Andlılar məhkəməsi polis zabiti Daniel Pantaleo-nun iyulda Nyu Yorkun Staten Island ərazisində ölümünə görə Eric Garner-i müqəssir saymayıb, ona qarşı “əsaslandırılmış ittiham” tapılmayıb.

Bu qərardan bir həftə öncə qaradərili yeniyetmə Michael Brown-un ölümünə dair oxşar qərar çıxarılıb. Polisin bəraət alması Ferqyuson şəhərində etirazlara səbəb olub.

Etirazçılar polisi və məhkəmə sistemini afro-amerikalılar və digər azlıqlara qarşı ayrı-seçkilikdə ittiham edir. ABŞ-ın baş prokuroru Eric Holder Staten Island-də iyulda baş vermiş hadisənin tam araşdırılacağına söz verib.

Geri qayıt