Əsas Səhifə > Dünya > Ukrayna Rusiyanın qazı açacağını gözləyir

Ukrayna Rusiyanın qazı açacağını gözləyir


8-12-2014, 09:52
Ukrayna Rusiyanın qazı açacağını gözləyir
Ukrayna dekabrın 8-də Rusiyanın qazı açacağını gözləyir.

Bu barədə ölkənin energetika naziri Volodymyr Demchyshyn dekabrın 7-də televiziya ilə çıxışında deyib.

Kiyev Gazproma 378 milyon dollar əvvəlcədən ödəniş edib.

Gazprom deyib ki, ödəniş dekabrın 6-da aparılıb.

Rusiya Ukraynaya gedən qazı iyundan kəsib. Moskva tələb edirdi ki, Ukraynda əvvəlcədən qazın pulunu ödəsin.

Oktyabrda Ukraynanın Naftoqaz və Rusiyanın Gazprom şirkətlərinin razılaşmasına görə, Rusiya ödənişi alan kimi 48 saat ərzində qazı buraxmalıdır.

Geri qayıt