Əsas Səhifə > Dünya > ABŞ deyir ki, ukraynalıların etirazı hədər ola bilər
ABŞ deyir ki, ukraynalıların etirazı hədər ola bilər10-12-2014, 12:41 |
“Ukrayna ölkədəki vəziyyəti yaxşılaşdırmaq üçün növbəti şansını itirə bilməz”. ABŞ-ın vitse-prezidenti Joe Biden belə deyib. Vitse-prezident dekabrın 9-da Vaşinqtonda Milli Demokratiya İnstitutunda tədbirə qatılıb. Bildirib ki, bu insanlar öz ölkələrini daha yaxşıya - fundamental dəyişdirmək üçün şans əldə etsinlər deyə, dondurucu soyuğa, snayper güllələrinə məhəl qoymayıblar. Joe Biden belə bir mesajla onu demək istəyib ki, əgər Qərb yönümlü hökumətlər bu ay ərzində korrupsiya ilə mübarizə və iqtisadi islahatları formalaşdırmağa müvəffəq olmasalar ukraynaliların bu ilin fevralında öz həyatlarını təhlükəyə ataraq küçə etirazlarına çıxmaları, Viktor Yanukovych-i devirmələri hədər olacaq. Biden bildirib ki, korrupsiya ilə mübarizə və “kleptokratiya” Ukraynaya öz suverenliyini qorumaqda yardımçı olacaq. ABŞ rəsmisi deyib ki, ukraynaliların yenidən şansı var və onlar bu şansı əldən verməməlidirlər. Geri qayıt |