Əsas Səhifə > Dünya > Başkəsən Öcalanla görüşdən sonra açıqlamalar verilməyəcək
Başkəsən Öcalanla görüşdən sonra açıqlamalar verilməyəcək22-12-2014, 09:54 |
PKK terror təşkilatının siyasi qanadı olan HDP təmsilçiləri indən belə Abdullah Öcalanla görüşdükdən sonra Türkiyədə vəziyyəti gərginləşdirən açıqlamalar verməyəcək. ANS PRESS-in məlumatına görə, bu qərar Türkiyə hökumətinin PKK-ya yaxın partiyalarlarla görüşündən sonra verilib. Kürd probleminin həlli məsələsini daha geniş müstəviyə çıxarmağı qərara almış hökumət cəmiyyətdə gərginliyin azaldılmasında maraqlı olduğunu bəyan edib. Buna görə də HDP təmsilçilərinin İmralı səfərlərindən sonra açıqlamalar verməməsi də qərara alınıb. Onlar İmralı səfərlərindən sonra alınan qərarlar barədə mətbuata açıqlmalar verməyəcəklər. Hökumət rəsmilərini bu addımı atmağa HDP İstanbul millət vəkili Sırrı Süreyya Öndərin açıqlamaları məcbur edib. Həmçinin HDP həmsədri Səlahəddin Dəmirtaş daxili təhlükəsizlik zərfinin qəbul edilməsindən sonra əhalini küçələrə tökəcəyini bildirmişdi. Geri qayıt |