Əsas Səhifə > Dünya > Fransanın başlanğıc olduğunu bəyan edən İŞİD terrorun Avropada davam edəcəyini deyib

Fransanın başlanğıc olduğunu bəyan edən İŞİD terrorun Avropada davam edəcəyini deyib


12-01-2015, 09:09
Fransanın başlanğıc olduğunu bəyan edən İŞİD terrorun Avropada davam edəcəyini deyib
İŞİD qiyabi olaraq Avropada yeni baş verəcək terrorları bəyan edib.

ANS PRESS-in məlumatına görə, Amerika Milli Təhlükəsizlik (AMT) agentliyi İŞİD liderlərinin danışığını ələ keçirib.

Danışıqlardan məlum olub ki, İŞİD Qərbə böyük həcmli terror müharibəsi elan edib və son baş verən Paris hadisələri bunların ilkidir.

Avropa ölkələrindən artıq həyəcan təbilini Böyük Britaniya çalıb. Son əldə olunan məlumatlara əsasən məhz paytaxt London dırnağarası cihadçıların növbəti hədəfi olacaq. Hazırda ölkədə təhlükəsizlik tədbirləri ən yüksək vəziyyətdədir.

Hər bir halda AMT-nin son məlumatına əsasən Avropada terror hədəsi yüksək olaraq qalır. Bunu nəzərə alsaq Avropa xüsusi xidmətilərinin bu günlərdə işi başından aşır.


Geri qayıt