Əsas Səhifə > Dünya, Güney Press > "Charlie Hebdo" peyğəmbəri necə təhqir edəcəyini açıqladı
"Charlie Hebdo" peyğəmbəri necə təhqir edəcəyini açıqladı13-01-2015, 09:06 |
Keçən həftə terrorçuların hücumuna məruz qalan "Charlie Hebdo" satirik həftəlik jurnalı növbəti buraxılışının birinci səhifəsində İslam peyğəmbərini "Je suis Charlie" (Mən Şarliyəm) plakatı ilə əks etdirəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Ria Novosti agentliyi fransız telekanalına istinadən xəbər verir. Xəbərə görə ön səhifədə yaşıl fonda ağ paltar geyinmiş İslam peyğəmbəri üzüntülü şəkildə “Je suis Charlie” plakatını tutub. Bunun üzərində isə qara hərflərlə “Tout est pardonne” (Hər şey bağışlandı) yazılıb. Qeyd edək ki, jurnalın yeni nömrəsi 14 yanvar tarixində işıq üzü görəcək. "Charlie Hebdo"nun adi tirajı 60 min olduğu və yarısı satıldığı halda, jurnal bu günə kimi görünməyən tirajla, 3 milyon ədəd nəşr olunacaq. Xatırladaq ki, bundan əvvəl jurnalın vəkili Rişar Malka jurnalıın yeni sayının Məhəmməd (s.) peyğəmbərin şəkli, eləcə də din və siyasətə yönəlik digər ironiyalarla dolu olacağını bildirib. “Əlbətdə ki biz geri çəkilməyəcəyik. Əks təqdirdə bütün baş verənlərin heç bir mənası olmazdı” - deyə vəkil bildirib. Onu da qeyd edək ki, redaksiyada bu nömrəni “sağ qalanların” nömrəsi adlandırırlar. Belə ki, bu nömrə üçün kənardan heç bir jurnalist cəlb etmədən, redaksiyaya olan hücumdan sağ qalanlar işləyəcək. Geri qayıt |