Əsas Səhifə > Dünya > ABŞ konqresi binasına hücum etməyi planlaşdıran “Ana quzusu” İŞİD-çi çıxdı

ABŞ konqresi binasına hücum etməyi planlaşdıran “Ana quzusu” İŞİD-çi çıxdı


16-01-2015, 08:49
ABŞ konqresi binasına hücum etməyi planlaşdıran “Ana quzusu” İŞİD-çi çıxdı
Vaşinqtonda ABŞ konqresi binasına silahlı hücum təşkil etmək istədiyi iddiası ilə ABŞ Federal Təhqiqat Bürosunun (FTB – ing. “FBI”) əməkdaşları tərəfindən ötən gün saxlanılan şəxsin İŞİD-ə olan heyranlığı üzə çıxıb.

ANS PRESS-in məlumatına görə, Ohayoda yaşayan 20 yaşlı Kristofer Li Kornell adlı gənc bu vaxtadək “tvitter” mikro-bloqunda İŞİD-i müdafiə edən video və açıqlamalar yaymaqda imiş.

“Raheel Mahrus Ubaydah” ləqəbi ilə tanınan İŞİD dəstəkçisi bir müddətdən sonra FTB-nin diqqətini çəkib və izlənməyə başlanılıb.

O, Konqres binasına daxil olaraq əldəqayırma qurğunu işə salmaq və konqresmenlərə atəş açmaq fikrində olub.

FTB-nin onun evində apardığı axtarışlarda şəxsi kompüterindən bombanın necə hazırlanacağı barədə məlumatlar olduğunu aşkar ediblər.

Xatırladaq ki, Kornell ötən gün avtomat silah və 600-ə qədər avtomat gülləsi alarkən FTB tərəfindən yaxalanmışdı.

Geri qayıt