Əsas Səhifə > Dünya > NATO Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırdı

NATO Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırdı


22-01-2015, 08:47
NATO Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırdı
NATO-nun baş katibi Jens Stoltenberg Rusiyanı öz qoşunlarını Ukraynadan çıxarmağa çağırıb.

Brüsseldə jurnalistlər qarşısında çıxış edən NATO baş katibi deyib ki, alyans artıq bir neçə aydır ki, Rusiya qoşunlarının Ukrayna ərazisindəki hərəkətlərini izləyir.

Stoltenberg bildirib ki, son vaxtlar Ukraynadakı Rusiya qoşunlarının sayı xeyli artıb.

NATO ekspertləri Ukraynanın şərqinə Rusiyadan çox sayda tank, artilleriya qurğuları və başqa zirehli texnika gətirildiyini bildirirlər.

Bununla belə, Jens Stoltenberg Ukraynada 9 min Rusiya əsgərinin olmasına dair prezident Poroshenkonun bəyanatını şərh etməkdən boyun qaçırıb.

Geri qayıt