Əsas Səhifə > Dünya > "Qoy onlar da 1915-ci ilin həqiqətlərinə aydınlıq gətirmək üçün onları açsınlar"
"Qoy onlar da 1915-ci ilin həqiqətlərinə aydınlıq gətirmək üçün onları açsınlar"30-01-2015, 10:00 |
Türkiyə 1915-ci il hadisələrini ermənilərin “soyqırımı” kimi tanımayacaq. Trend xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan "TRT-Haber” televiziya kanalına müsahibəsində deyib. Ərdoğanın sözlərinə görə, Türkiyə dəfələrlə 1915-ci il hadisələrinə aydınlıq gətirmək üçün öz arxivlərini açdığını elan edib: "Əgər Ermənistanda da belə arxivlər varsa, qoy onlar da 1915-ci ilin həqiqətlərinə aydınlıq gətirmək üçün onları açsınlar”. Türkiyə Prezidenti onu da deyib ki, "tarixçilər bu məsələlərlə məşğul olmalıdırlar. Biz milyondan artıq sənəd təqdim etmişik". Geri qayıt |