Əsas Səhifə > Dünya > ABŞ və İran nədən danışdıqlarını sirr saxladı
ABŞ və İran nədən danışdıqlarını sirr saxladı7-02-2015, 17:47 |
ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Cavad Zərif bu gün Münhendə görüşüblər. ANS PRESS-in məlumatına görə, Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən və 2 saat davam edən danışıqlarda İranın nüvə proqramı müzakirə olunub. Nəticələr barədə C.Kerri ilə C.Zərif açıqlama verməyiblər. Bildirilib ki, bu, mövzu ilə bağlı ötən ay keçirilən bir neçə görüşün davamıdır. Ümumiyyətlə, İran və ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya və Almaniyanın daxil olduğu qrup Tehranın nüvə fəaliyyətinə dair fikir ayrılıqlarını bu il martın 24-dək aradan qaldırmağa çalışır. Tərəflər yekun razılığın əldə edilməsi üçün iyulun 1-dək vaxt verib. Xatırladaq ki, "Böyük 5-lik" İranın nüvə fəaliyyətini dayandırmaq və onun nüvə silahı istehsal etməyəcəyinə əmin olmaq, İran isə nüvə proqramının sülhməramlı olduğunu və iqtisadiyyatını zəiflədən sanksiyaların aradan qaldırılmasını istəyir. Geri qayıt |